18 aprel 2025 11:17
123

Ərdoğan Azərbaycanla imzalanmış təbii qaz müqaviləsini təsdiqləyib

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında təbii qaz müqaviləsini təsdiqləyib.

İki sahil” xəbər verir ki, bu barədə məlumat “Rəsmi Qəzet”də dərc edilib.

Ərdoğanın imzası ilə dərc olunan qərara əsasən, 14 may 2024-cü il tarixində İstanbulda imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təbii Qaz Sahəsi üzrə Əməkdaşlıq Sazişi” təsdiq edilib.

Saziş Azərbaycandan və üçüncü ölkələrdən təbii qazın alqı-satqısı, çatdırılması, mübadiləsi və tərəflərin əraziləri vasitəsilə tranziti sahəsində əməkdaşlığın artırılması məqsədi daşıyır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”