Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkmənistanda yataqların işlənməsi layihələrində iştirak etməkdə maraqlıdır.
"İki sahil" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə bildirib.
"Ölkələrimiz enerji əməkdaşlığının genişləndirilməsi üçün əhəmiyyətli potensiala malikdirlər. SOCAR Türkmənistanda perspektivli yataqların işlənilməsi layihələrində iştirak etməkdə maraqlıdır", - o deyib.
Nazir vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq hər il tranzit həcmləri artan Orta Dəhlizinin səmərəliliyinin artırılmasında da mühüm rol oynayır.
"Türkmənistanda müasir nəqliyyat infrastrukturu yaradılıb, bu dəhlizdə yerləşən Azərbaycan isə dəniz limanının, dəmir yollarının və logistika mərkəzlərinin inkişafına böyük sərmayə qoyub. Səylərimizi birləşdirmək bütün regiona böyük fayda verəcək", - M.Cabbarov qeyd edib.
O, həmçinin Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni nəqliyyat dəhlizinin reallaşdırılmasının ölkələrin tranzit potensialını daha da artıracağını və regionun inkişafına mühüm töhfə verəcəyini xatırladıb.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev