29 oktyabr 2026 17:40
201

Kürdəmirdə cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair  tədbirlər  keçirilib

Oktyabrın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının “Heydər Əliyev prospekti 12” (Kürdəmir rayon İcra Hakimiyyəti), “Heydər Əliyev prospekti  12 a” (Kürdəmir rayon İcra Hakimiyyəti), “M.Ə.Rəsulzadə-1” (Şəhər  inzibati ərazi dairəsi)  ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair  tədbirlər  keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirlərdə YAP Kürdəmir  rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Məhəmməd Heydərli, ərazi partiya təşkilatlarının sədrləri, və ərazi partiya təşkilatının üzvləri  iştirak ediblər.

 Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 Tədbirləri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi  Məhəmməd Heydərli Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi və geosiyasi  həyatında əhəmiyyətini qeyd edib. Bildirib ki , Ümummilli Lider Heydər Əliyevin ideyaları və uzaqgörən siyasəti nəticəsində əsası qoyulan YAP bu gün ölkəmizin aparıcı siyasi qüvvəsi kimi dövlətimizin güclənməsinə mühüm töhfələr verməkdədir. O, Prezident İlham Əliyevin Qurultaydakı nitqinin dövlət siyasətinin prioritetlərini, milli maraqların qorunmasının və cəmiyyətin qarşısında dayanan vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin əsas istiqamətlərini müəyyən etdiyini bildirib. VIII Qurultayda mühüm yer tutan məsələlərdən birinin  də ideoloji təhlükəsizlik olduğunu diqqətə çatdıran Məhəmməd Heydərli bu gün informasiya mübarizəsinin  çox ciddi xarakter aldığını, insanlara, xüsusilə gənclərə sosial şəbəkələr və müxtəlif informasiya platformaları vasitəsilə təsir göstərməyin mümkünlüyünü vurğulayıb. Belə bir şəraitdə insanın ən güclü müdafiəsinin  onun savadlı, təhsilli və dünyagörüşlü  olması ilə bağlılığını qeyd edib.

   Çıxış edən Kürdəmir RİH Başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Daşqın Rüstəmov, “M.Ə.Rəsulzadə-1”  ərazi partiya təşkilatının sədri Rauf Abuşov, Kürdəmir şəhər inzibati ərazi dairəsinin əməkdaşı Vahid Əhmədov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrdən bəhs ediblər. Vurğulayıblar ki, ölkəmizin əldə etdiyi nailiyyətlərin qorunması və yeni uğurların qazanılması hər bir vətəndaşdan məsuliyyətli mövqe və fəal iştirak tələb edir.

Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.