21 may 2025 13:02
93

Sülh sazişinin tezliklə imzalanmasını real hesab edirəm

Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması realdır.

“İki sahil” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.

"Sülh sazişinin imzalanması reallığa çevriləcək. Bir daha vurğulamaq istərdim ki, bütün çətinliklərə və mövcud çağırışlara baxmayaraq, Ermənistan regionumuzda davamlı sülhə nail olmaq üçün səylərini davam etdirir. Fikrimizcə, bu, bilavasitə qonşuluğumuzda olan bütün ölkələrin maraqlarına uyğundur", - Mirzoyan qeyd edib.