21 may 2025 16:07
106

Kallas Aİ-nin müdafiə sahəsində strateji planlarının hazırlanmasından kənarlaşdırılıb? - İDDİA

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Aİ-nin müdafiə sahəsində strateji planlarının hazırlanmasından kənarlaşdırılıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.

Qeyd edilir ki, Kallas Aİ-nin strateji müdafiə planlarından çıxarılıb.

“Avropa Komissiyasının sədri Ursula fon der Leyenin narazılığı Avropa diplomatiyasının rəhbərinin Aİ-nin müdafiə siyasəti sahəsində strateji planlaşdırma sənədlərinin hazırlanmasından uzaqlaşdırılması ilə nəticələnib”, - deyə, məlumatda qeyd edilr.

Brüssel Kallasın hazırkı vəzifəsinə təyin edilməsində səhv etdiyini etiraf edir.