21 may 2025 16:10
103

ABŞ-ın “Qızıl Qübbə” planı kosmosun silahlandırılmasıdır - Çin XİN

ABŞ-ın yeni raketdən müdafiə layihəsi "Qızıl Qübbə" 1967-ci il Kosmos Müqaviləsində təsbit olunmuş kosmosdan dinc məqsədlərlə istifadə prinsipini pozur.

“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki,  bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib. 

Mao Ninqin qeyd edib ki, "Qızıl Qübbə" çoxsəviyyəli və qeyri-məhdud müdafiə sistemidir, kosmik döyüş vasitələrinin geniş istifadəsi, o cümlədən orbital ələ keçirmə sistemlərinin yerləşdirilməsidir.

Onun sözlərinə görə, layihə kosmosun militarizasiyası və silahlanma yarışının yaranması riskini artıran, həmçinin beynəlxalq təhlükəsizlik və silahlara nəzarət sistemini təhdid edən açıq hücum xarakteri daşıyır.

Mao Ninq ABŞ hakimiyyətini “Qızıl Qübbə” layihəsinin həyata keçirilməsindən imtina etməyə və real fəaliyyətə əsaslanan böyük dövlətlər arasında strateji etimadı qorumağa çağırıb. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ölkəni uzaqmənzilli raket təhlükələrindən, o cümlədən kosmosdan buraxılışlardan qorumaq məqsədi daşıyan "Qızıl Qübbə" sistemini yaradacaqlarını açıqlamışdı. Layihənin dəyəri 175 milyard dollar qiymətləndirilir.