21 may 2025 16:26
111

ABŞ qitələrarası ballistik raketi yenidən sınaqdan keçirdi

ABŞ Vandenberq Hərbi Hava Qüvvələri bazasından Minuteman III qitələrarası ballistik raketinin planlaşdırılmış sınaq buraxılışını növbəti dəfə həyata keçirib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki,  buraxılış mayın 21-də Sakit okean vaxtı ilə saat 12:01-də baş tutub.

Raketin döyüş başlığı təxminən 4200 mil (təxminən 6760 kilometr) qət edib.