21 may 2025 12:04
96

Fidan: Ümid edirik ki, İstanbul danışıqları...

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar hərtərəfli atəşkəs və münaqişənin sülh yolu ilə həlli üçün əsas olacaq.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Budapeştdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

"Ümid edirik ki, İstanbul danışıqları gələcəkdə hərtərəfli atəşkəsə, eləcə də ədalətli və möhkəm sülhün bərqərar olmasına yol açacaq", - Fidan bildirib.

Qeyd edək ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar aparılıb. Danışıqların yekunları üzrə Moskva və Kiyev "1000-in 1000-nə" formulu əsasında əsir mübadiləsi həyata keçirmək, gələcəkdə mümkün atəşkəs barədə öz baxışlarını təqdim etmək və danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər.