21 may 2025 11:24
102

Gürcüstan Rusiyaya ixracı artırıb

2025-ci ilin aprelində Gürcüstan Rusiyaya rekord məbləğə - 6,8 milyon dollara 16,3 min ton kartof satıb.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti Gürcüstanın statistika xidmətinə istinadla məlumat yayıb.

Mart ayından Gürcüstan şirkətlərinin tədarük həcmi üçdə bir, gəlirləri isə 1,4 dəfə artıb. İlin əvvəlindən Rusiya Gürcüstandan 16,9 milyon dollara 42 min ton kartof alıb.