Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətinə səfər edib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, bu, onun vilayət azad edildikdən sonra ilk səfəridir.
Səfər çərçivəsində o, bələdiyyə rəhbərləri ilə müşavirə keçirib, həmçinin müvəqqəti qubernator vəzifəsini icra edən Aleksandr Xinşteyn və könüllülərlə görüşüb.
O, həmçinin inşa edilməkdə olan Kursk AES-2-ni ziyarət edib.