05 may 2025 15:38
113

İsveçrə "Eurovision"un təhlükəsizliyinə əsgərləri cəlb edəcək

İsveçrə Bazeldə keçiriləcək "Eurovision" yarışmasının təhlükəsizliyi təmin etmək üçün 40-a yaxın əsgər göndərəcək.

“İki sahil” RT-yə istinadıa xəbər verir ki, bu barədə ölkənin Federal Şurasının saytında dərc olunmuş məlumatda deyilir.

Musiqi yarışması mayın 11-dən 17-dək baş tutacaq.

Qeyd olunur ki, hərbçilər xüsusilə xüsusi mühafizə tələb edən infrastruktur obyektlərinin profilaktik yoxlanışında iştirak edəcəklər.