05 may 2025 17:57
95

Vuçiç mayın 7-də işə başlayacaq

Serbiya Prezidenti Aleksandar Vuçiç xəstəlikdən sonra mayın 7-də işə qayıdacaq.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Pink telekanalı məlumat yayıb.

Serbiya liderinin administrasiyası Vuçiçin ilk iş günündə Böyük Britaniya və Rusiyanın Belqraddakı səfirlərini qəbul edəcəyini bildirib.

Çərşənbə axşamı dövlət başçısının xalqa müraciəti gözlənilir.

Baş nazirin birinci müavini, maliyyə naziri Sinişa Mali əvvəllər Vuçiçin bir neçə günlük bütün planlarını ləğv etdiyini, lakin 9 May tarixində Moskvaya səfərdən imtina etmədiyini bildirmişdi.

Dövlət başçısının əvvəllər müraciət etdiyi Hərbi Tibb Akademiyasının kardioloqu Draqan Dinçiç qeyd edib ki, Vuçiçin səhhəti stabil və qənaətbəxşdir, lakin o, bir neçə gün ərzində iş vəzifələrini tam həcmdə yerinə yetirə bilməyəcək.