05 may 2025 18:06
121

Rumıniyanın baş naziri sabah İSTEFA VERƏCƏK

Rumıniyanın baş naziri Marsel Çiolaku ölkədə keçirilən prezident seçkilərinin birinci turunun nəticələrinə görə istefa vermək niyyətində olduğunu bəyan edib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Agerpres" agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, Colaku bu barədə hakim koalisiyanın iclasında bildirib.

Rumıniya baş nazirinin sözlərinə görə, o, Sosial Demokrat Partiyasının rəhbərliyi ilə ilkin müzakirələrdən sonra istefasını mayın 6-da elan edəcək.

Bundan əvvəl Rumıniyanın hakim koalisiyasının namizədi, prezident seçkilərinin birinci turunda uduzan Krin Antonesku məğlubiyyətini etiraf edib.