05 may 2025 15:23
104

Almaniya üçün Alternativ partiyası ETİRAZ EDİR

Almaniya üçün Alternativ (AfD) partiyası ekstremist kimi tanınması ilə bağlı Köln inzibati məhkəməsinə apellyasiya şikayəti verib.

“İki sahil” xəbər verir ki,  bu barədə bazar ertəsi "Frankfurter Allgemeine Zeitung" qəzeti partiya nümayəndəsinə istinadla məlumat yayıb.

Partiyanın hüquqşünası Kristian Konrad iddia edir ki, AfD-nin fəaliyyəti konstitusiyaya zidd deyil və partiya ksenofob və ya İslam əleyhinə təşviqat aparmır.

Mayın 2-də Almaniya əks-kəşfiyyatı AfD-ni ekstremist partiya kimi təsnif edib. Departament bu qərarı partiya nümayəndələrinin azlıqlara, xüsusən də miqrantlara və müsəlmanlara qarşı ədalətsiz münasibəti ilə izah edib. Partiya bunu demokratiyaya böyük zərbə adlandırıb. Bununla belə, təşkilatın fəaliyyəti hələ də qadağan edilməyib, çünki müvafiq qərarı yalnız Federal Konstitusiya Məhkəməsi verə bilər.