05 may 2025 17:58
103

Aİ-dən İsrailin Qəzza planı iləı bağlı AÇIQLAMA

Avropa İttifaqı İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını genişləndirmək planlarından narahatdır.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Avropa Xarici İşlər Xidmətinin nümayəndəsi Ənvər əl-Anuni deyib.

"Avropa İttifaqı Qəzza zolağında Fələstin əhalisinə daha çox itki gətirəcək hərbi əməliyyatın planlaşdırılan genişləndirilməsindən narahatdır. Biz İsraili təmkinli olmağa çağırırıq" - deyə Ənvər əl-Anuni jurnalistlərə bildirib.