03 may 2025 16:28
139

Şahzadə Harri ailəsi ilə barışmaq istəyir

Şahzadə Harri Böyük Britaniyaya qayıtmaq istədiyini bildirib.

“İki sahil” xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində deyib.

Şahzadə Harri övladlarını və həyat yoldaşını Böyük Britaniyaya gətirə bilməməsindən təəssüfləndiyini ifadə edib.

"Onlar çox şeyi əldən verirlər. Bəzi insanların hərəkətlərinə baxmayaraq, ölkəmi sevirəm və həmişə də sevmişəm. Darıxıram və övladlarıma vətənimi göstərə bilmədiyim üçün kədərliyəm", - şahzadə Harri vurğulayıb.

O, Böyük Britaniyaya qayıtmaq və ailəsi ilə barışmaq istədiyini, lakin belə bir imkan görmədiyini əlavə edib, çünki qohumları onu bağışlaya bilmir.

"Ailəmin bəzi üzvləri xatirələrimdə yazdıqlarıma, eləcə də bir çox başqa şeylərə görə məni heç vaxt bağışlamayacaqlar. Amma mən ailəmlə barışmağı çox istərdim. Münaqişəni davam etdirmək mənasızdır, çünki həyat qiymətli bir hədiyyədir. Atamın nə qədər ömrü qaldığını bilmirəm, o isə mühafizə məsələsinə görə mənimlə danışmır. Amma həqiqət olmadan barışıq mümkün deyil, mən bu həqiqətin bir hissəsini paylaşdım. Mən buna nail olmaq istərdim. Əgər onlar bunu istəmirlərsə, bu, onların qərarıdır", - şahzadə Harri əlavə edib.