04 may 2025 02:02
119

İsveç hakimiyyəti ölkəyə qayıdan miqrantlara kompensasiyanı 35 dəfə artırıb

İsveç miqrantların ölkələrinə qayıtması üçün ayrılan yardımın məbləğini 900 avrodan 32 min avroya qədər artırmağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson "Euronews" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, miqrasiyaya mütləq nəzarətin yaradılması vacibdir.

Baş nazir bildirib ki, ölkəni tərk etmək üçün maddi vəsaitin artırılması miqrantlarla bağlı bəzi problemlərin həllinə kömək edə bilər.

Kristersson vurğulayıb ki, hazırkı maliyyə yardımı gözlənilən nəticəni verməyib. Buna görə də İsveç hökuməti 2026-cı il yanvarın 1-dən maliyyəni artırmaq istəyir.

O, analoji modelin artıq Danimarkada tətbiq olunduğunu əlavə edib.