01 may 2025 14:31
99

Qazaxıstanda YENİ QAYDA: Ölkəyə sərmayə yatıranlar...

Qazaxıstan əcnəbilər üçün 10 ilədək yaşayış icazəsi almaq imkanı verən  “qızıl viza” qaydası tətbiq edib. Bunun üçün ölkə iqtisadiyyatına ən azı 300 min dollar sərmayə yatırmaq lazımdır.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vəsaitlər Qazaxıstan şirkətlərinin nizamnamə kapitalına və ya yerli qiymətli kağızlara yatırıla bilər. Qərar ölkənin investisiya cəlbediciliyini gücləndirmək məqsədi daşıyır. XİN bu tədbirin beynəlxalq biznesin inkişafına töhfə verəcəyini gözləyir.

"Yenilik ölkənin açıqlığa, kapitalın qorunmasına və dayanıqlı beynəlxalq iqtisadi əlaqələrin inkişafına yönəlmiş strateji diqqəti əks etdirir”, - deyə məlumatda vurğulanır.