İrəvanın Şenqavit məhkəməsinin hakimi Artuş Qabrielyan korrupsiya işi çərçivəsində iki ay müddətinə həbs edilib.
“İki sahil” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkili Erik Aleksanyan məlumat verib.
Onun sözlərinə görə, Qabrielyan "Vardaşen" cəzaçəkmə müəssisəsinə köçürülüb.