01 may 2025 21:03
109

Bu ölkədə güclü zəlzələ oldu

Argentinanın qərbindəki La Rioxa əyalətində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 162 min insanın yaşadığı La Rioxa şəhərindən 104 km şimal-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.