SARS-CoV-2 koronavirusu ABŞ-da Çinin Uhan şəhərində olduğundan daha tez ortaya çıxa bilər.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının İnformasiya İdarəsi tərəfindən dərc edilən Ağ Kitabda deyilir.
Britaniyanın "Daily Mail" nəşri sənədə istinadla qeyd edir ki, ilk yoluxma halı ABŞ-ın Florida ştatında 2020-ci il martın 1-də aşkarlanıb. Eyni zamanda, ABŞ-ın epidemiyadan hələ 2020-ci ilin yanvarında xəbər tutduğu və baş verənlərin “ciddiliyini azaltmaq” qərarına gəldiyi bildirilir.