KÖŞƏ

Vəli İlyasov

Xalqların tüpürcək yeri...

26 noyabr 2024 09:54
433

İtin başını xonçaya qoydular, lakin layiq olmadığı üçün dığırlanıb yerə düşdü

Azərbaycan COP29  konfransında iştirak etmək üçün ayrı-seçkilik qoymadan bütün dünya dövlətlərini Bakıya dəvət etdi. Bu, ölkəmizin rəhbərliyinin alicənablığı idi ki, ərazimizin 20 faizini zəbt etmiş,  vaxtilə Azərbaycanı iki dəfə müharibəyə çəkmiş Ermənistan, ona bu cinayətlərdə kömək göstərən İran və Fransa da dəvət olunanlar arasında idilər. Bu qisimdən olan digər dövlətlər də vardı. Lakin onları anormal düşüncələrlə idarə edən, siyasəti oyunbazlıqla səhv salan lidercikləri dəvətə layiq olmadıqlarını sübur etdilər. Cılız təfəkkürlü bu insanlar nəinki Bakıya gəlmədilər, üstəlik COP29-u gözdən salmağa hesablanmış çirkin təbliğat kampaniyasına başladılar. Özü də hamısı, eyni zamanda, sanki bir-birlərinin ağzının içinə tüpürmüşdülər.  Təbii ki, qarı və qartımış düşməndən bundan artıq nə gözləmək olardı? Axı, xaçlı yürüşlərindən üzü bəri türklərə barışmaz düşmən kəsilmiş xristian təəssübkeşləri özlərindən sonra gələn nəsilləri murdar əhval-ruhiyyədə tərbiyə ediblər.

Daim təhlükələrə, böhtanlara, tələlərə, siyasi təzyiqlərə və s. hazır olan Azərbaycan bu dəfə də  bədxahların belə səlibçi hücumlarına layiqli cavablar verib. Köhnə təfəkkürlü dini fanatiklər belə çirkin əməllərini yenə də davam etdirməkdədirlər. Bu, özünü Bakıda keçirilən COP29 tədbirində də göstərdi.

“COP29 uğurla başa çatıb və digər mühüm nailiyyətlər arasında yeni maliyyə hədəfinin müəyyən edilməsi ilə qlobal iqlim fəaliyyəti tarixində “Bakı sıçrayışı” kimi öz möhürünü vurub”.

 Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində yazıb. O, yazısında Almaniyanın xarici işlər naziri Annalena Berbokun-böyük bir dövlətin baş diplomatının çiy və səriştəsiz  hərəkətlərini qınayıb.  “Bununla belə, danışıqların ən kritik və çətin anlarında, inkişaf etməkdə olan dünya və Qlobal Cənub Avropa İttifaqından və daha çox Qərbdən konkret maliyyə öhdəlikləri gözlədiyi bir vaxtda Almaniyanın xarici işlər naziri Annalena Berbokun COP29-a sədrlik edən Azərbaycana və konvensiyanın digər tərəflərinə qarşı ittihamlar səsləndirməsi qəbuledilməz idi. Təəssüf ki, xanım Berbok Almaniyada keçiriləcək seçkiləri daxili siyasət kimi son dərəcə mürəkkəb çoxtərəfli diplomatiya ilə qarışdırır, ola bilsin ki, COP29-dan öz seçki kampaniyası üçün platforma kimi istifadə etməyə çalışır.”

Avropa başqa ölkələr barədə ədalətsiz qərarları və yanlış mövqeləri ilə özünə olan inamı tamamilə itirib. Hikmət Hacıyev fikrinə davam edərək bildirib ki, Annalena Berbok  nəzərə almalı idi ki, bu çətin danışıqlar Avropanın liderlik nümayiş etdirə bilmədiyi və dünyanın geosiyasi baxımdan dərin qütbləşdiyi bir vaxtda Almaniya kansleri və Avropa Komissiyasının iştirakı olmadan baş verib. Lakin biz Almaniya və Avropa İttifaqının iqlim danışıqları qruplarının peşəkar töhfəsini və əməkdaşlığını tanıyırıq.

Dünya gördü ki, Azərbaycan COP29 tədbirinin ev sahibi və sədri kimi, nəticələr əldə etmək üçün vicdanlı vasitəçi kimi çıxış edib. Bununla bərabər, Almaniya da daxil olmaqla dünya dövlətlərini bu humanist missiyaya qoşulmağa çağırıb. Ancaq Almaniyanın belə xeyirxah missiyaya səs verməməsi bir yana qalsın, başqalarını da özünə qoşmağa, tədbirin nəticələrini heçə endirməyə cəhd edir.

Bununla belə sonda bədxahların atdıqları bütün oxlar daşa dəydi. Niyyyətləri puça çıxdı, rəsmi Bakının gözləntiləri isə özünü doğrultdu. Vicdanı olanlar, çətinə düşmüş məzlum insanlara kömək əlini uzadanlar xoş mərama qoşulduqlarını bildirdilər.

COP29-da qəbul edilən qərarlar inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın yeni mərhələsini açır. Yeni razılaşmaya əsasən, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim tədbirləri üçün 2035-ci ilə qədər 300 milyard dollar vəsait ayırmağı öhdəliklərinə götürdülər. Bu vəsait təbii fəlakətlərin zərərini azaltmaq, bərpa olunan enerji keçidini dəstəkləmək və yoxsulluğun azaldılması üçün istifadə olunacaq. Təkcə bu fakt göstərdi ki, dünya Avropanın üz qarası sayılan şovinistlərdən, xırda xalqların var-yoxunu çapıb-talayanlardan ibarət deyil. Onların ayıracaqları 300 milyard dollar müsibətə düçar olanlara bir qəpiyini xərcləmək istəməyənlərə nokaut zərbəsidir. Hələ də başları gicəllənir.

Budur özünü “sivil”, “mədəni”, “demokratik” adlandıran avropalı cəlladların qana boyanmış sifəti. Bu sifətlər indi xalqların tüpürcək yeridir...