Qara dənizin dibi ilə çəkiləcək kabeli region ölkələrinin iqtisadi inkişafını sürətləndirəcək, enerji müstəqilliyini möhkəmləndirəcək.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili söyləyib.
Onun sözlərinə görə, region ölkələri gələcəkdə bərpaolunan mənbələrdən əldə edəcəyi əlavə elektrik enerjisini bu layihə sayəsində ixraca yönəldə biləcək.
Qeyd edək ki, Gürcüstan və Azərbaycandan elektrik enerjisinin Avropaya ötürüləcəyi kabelin çəkilməsi haqqında saziş 2022-ci ilin dekabrında Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan hökumətləri tərəfindən imzalanıb.