Çin hakimiyyəti ABŞ-dan idxal edilən etana rüsumları ləğv edib.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatlı öz mənbələrinə istinadla "Reuters" yayıb.
Aprelin əvvəlində Çin Tramp administrasiyasının tarif siyasətini sərtləşdirməsinə cavab olaraq bu növ idxal xammala 125% rüsum tətbiq etmişdi.
"Reuters" qeyd edir ki, Çin ABŞ-ın ixrac etdiyi etanın az qala yarısını alır. Rüsumların qaldırılması qərarı Satellite Chemical, SP Chemicals, Sinopec, Sanjiang Fine Chemical və Wanhua Chemical Group daxil olmaqla Çin idxalçılarının vəziyyətini yüngülləşdirəcək.