29 aprel 2025 16:07
139

ABŞ-ın Yəmənə endirdiyi zərbə nəticəsində üç rus dənizçisi yaralanıb

Rusiyanın Yəməndəki müvəqqəti işlər vəkili Yevgeni Kudrov ABŞ-ın Qırmızı dənizdə “Seven Pearls” tankerinə endirdiyi zərbə nəticəsində yaralanan 3 rusiyalı dənizçinin vəziyyətindən danışıb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, ruslardan birinin gözündə əməliyyat aparılmalıdır. Kudrov dəqiqləşdirib ki, tanker aprelin 25-dən Ras İsa limanında qalıb. Gəminin göyərtəsində 19 Rusiya vətəndaşı var.

Husilərin sözçüsü Camal Əmirin sözlərinə görə, dənizçilərin adları Roman Kaşpor, İqor Kazaçenko və Artem Vanindir. Onların həyatı üçün təhlükə yoxdur. "Rusiya vətəndaşlarından birinin Sənadakı xəstəxanaya yerləşdirildiyini təsdiqləyə bilərik. Onun gözündə ciddi zədə var və cərrahiyyə əməliyyatı tələb oluna bilər. Daha iki Rusiya vətəndaşı yüngül xəsarət alıb", - deyə, o, qeyd edib.