Sankt-Peterburqda Pediatriya Universitetinin azı 30 tələbəsi müəllimlərə rüşvət verilməsi ilə bağlı iş üzrə saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Kommersant" nəşrinə Rusiya İstintaq Komitəsinin şəhər üzrə Baş İstintaq İdarəsindən məlumat verilib.
Universitet rəhbərliyi hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.
Artıq müstəntiqlər rüşvət alan iki müəllimi, habelə vasitəçilərin köməyi ilə onlara rüşvət verən tələbələri məsuliyyətə cəlb edib.
Təqsirləndirilən şəxslər imtahanlardan uğurla keçmək üçün 10-80 min rubl rüşvət verən əcnəbi tələbələrdir.