15 oktyabr 2026 01:28
111

Slovakiya Ukrayna üçün yeni Avropa kreditinə qoşulmayacaq

Slovakiya Ukrayna üçün nəzərdə tutulan yeni Avropa kreditinə qoşulmayacaq.

“İki sahil”in yerli "ta3" telekanalına istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri Robert Fitso parlamentin Avropa məsələləri komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, kreditin ayrılması barədə qərar qəbul ediləcəyi təqdirdə, Slovakiya ilk kreditlə bağlı mövqeyini qoruyub saxlayacaq.

Fitso bu açıqlamanı Brüsseldə keçiriləcək Avropa İttifaqı Şurasının sammitinə yola düşməzdən əvvəl verib.

Hökumət başçısı, həmçinin Slovakiya və Ukrayna hökumətləri arasında birgə danışıqların noyabrın 5-də Lvov şəhərində keçiriləcəyini bildirib.