Qara dənizdə Ukrayna ilə dəniz ticarəti aparan investorlar və beynəlxalq sığorta şirkətləri son dövrlərin ən böyük böhranı ilə üz-üzədir.
“İki sahil” xəbər verir ki, “Politico” nəşrinin nüfuzlu mənbələrə istinadla yaydığı məlumata görə, regionda risklərin kəskin artması səbəbindən sığortaçılar və investorlar Ukrayna limanları ilə fəaliyyəti davam etdirməyin xərclərini yenidən hesablamaq məcburiyyətində qalıblar.
Nəşrin məlumatına görə, son vaxtlar Bolqarıstan və Rumıniya sahillərində beş kommersiya gəmisinə hücum edilib, lakin hücum edənlər hələ də məlum deyil. Avropa gəmiçilik şirkətinin nümayəndəsi bildirib ki, "ara dənizdəki vəziyyət çox təhlükəli olaraq qalır, çünki hücumlar "hər iki tərəfdən" həyata keçirilir.