KÖŞƏ

Vəli İlyasov

Ağıllısı belə olanın gör dəlisi nə gündədir?

18 mart 2023 00:35
1542

"Əgər erməni xalqı Nikol Paşinyanı hakimiyyətdən payıza qədər uzaqlaşdıra bilməsə, o zaman 2024-cü ildə yeni genişmiqyaslı savaş çağırışını qəbul etməli olacağıq."

Bu fikri Ermənistan müdafiə nazirinin keçmiş müavini, general Artak Zakaryan deyib. O, Ermənistanın bu müharibənin öhdəsindən gəlib-gəlməyəcəyinin müəmmalı olduğunu da bildirib: “Həyat göstərdi ki, müharibənin səbəbi nə Qarabağ, nə Zəngəzur, nə İstisudur. Yeganə səbəb Nikoldur. Yalnız cahillər bu sadə həqiqəti başa düşmürlər. Serjik Sarkisyanın dediyi kimi, Nikol hazırda danışıqlar aparmır, o, sadəcə, fərqli güc mərkəzlərinin təzyiqi altındadır və ziddiyyətli siyasət aparmaq məcburiyyətindədir. Nəticədə o bütün istiqamətləri tərk edərək Qarabağ və Ermənistanın minimal maraqlarını güdmək məcburiyyətində qalıb. Sülh proqramının isə zamanı artıq sona çatır, onun əldə olunması üçün irəli sürülən potensial zəmanətlər tükənir”.

Çiynində general paqonu daşıyan bu şəxsin qulaqları ağzı danışanı eşitmir deyəsən. İki il yarım əvvəl qorxusundan Qarabağdan it kimi quyruğunu qısıb qaçan bu yüksək ranqlı hərbçi yenə müharibədən dəm vurur. Bəyəm o hələ də qanmır ki, canlı qüvvəsinin 30 faizini, hərbi texnikasının 85 faizini itirən Ermənistan kimi cırtdan və kasıb bir dövlətin bu itkiləri bərpa etməsi üçün onilliklər lazımdır? Nikol olmasın, lap II Tiqran olsun axsaq ordu və hərbi texnikasız döyüşüb qalib gələ bilərmi? Özü də "dəmir yumruq"ları ilə çənəsini əzən Azərbaycan Ordusu ilə! Əlbəttə, yox. Korazehin generalın özü də bunu yaxşı bilir, amma ermənidir axı, çəpinə çəkməlidir! Reallıqlardan uzaq olan bu şəxsin gicbəsər revanşistlərdən biri olduğu göz önündədir. Ordusunun biabırçı məğlubiyyətə uğradığı və baş nazirinin kapitulyasiya aktına qol çəkdiyi halda bu, hələ də "ləyaqətli sülh"dən danışır.

Zakaryan Ermənistanın Nikol Paşinyanı 2021-ci ildə yenidən baş nazir seçməklə ləyaqətli sülh imkanını itirdiyini bildirib. O, həmçinin Ermənistanın bu dövr ərzində yeganə strateji müttəfiqindən də məhrum olduğunu söyləyib: “Danışıqları aparan şəxsi dəyişməklə yeni müharibədən qaça bilərik. Ermənistanı narahatverici gələcək gözləyir. Artıq illər yox, aylar qalıb. Əgər bu ruhda davam etsəniz, Azərbaycan və Türkiyəni dayandırmaq mümkün olmayacaq”.

Kütbaş general qonşulardan niyə qorxur görəsən? Xain xoflu olar axı,-deyirlər. Ancaq "strateji müttəfiqdən" niyə ayrı düşdüklərinin səbəbini isə açıqlamır. Çünki sərf eləmir. Əgər açıqlasa deməlidir ki, ermənilər əclaflıq etdilər, yüz illər boyu onları təhlükələrdən qoruyan, onlar üçün Azərbaycan ərazisində Ermənistan adlı dövlət qondaran, hər vaxt silahlandıran, son illərdə milyardlarla dollarlıq hərbi texnika və silahı təmənnasız bağışlayan, firavan yaşamaları üçün tonlarla pul-qızıl xərcləyən Rusiyanı axırda satdılar. Daşnak əqidəsi ilə yaşayan Zakaryan hələ də yaxın qonşulara düşmən münasibəti saxlayır. Çünki daşnakların içi ilan zəhəri ilə doludur, özlərindən başqa hamıya düşmən gözü ilə baxırlar. Xüsusilə də Türkiyə və Azərbaycana. Bununla da o, yüz il əvvəl yaşamış qulağıkəsik Andronik babasından heç nə ilə fərqlənmədiyini nümayiş  etdirir. Bir fərq var ki, bunun qulağına hələ əl dəyməyib. Ancaq arxayın olmasın, çıxan qan damarda qalmaz, bir gün o qulaq da ələ keçəcək...