KÖŞƏ

Vəli İlyasov

Hayastan bəyəm xarici dövlət deyil?

14 mart 2023 23:57
1470

Sərhəd-keçid məntəqəsi də olmalıdır, gömrük nəzarəti də

Əvvəllər "Laçın dəhlizi" adlandırılan bu yol hər zaman şər yolu, Moskvada yüksək postlar tutan ermənilərin gələcəkdə Hayastanın Azərbaycan ərazilərinə iddia etməsi üçün ortaya atdıqları variantlarından biri idi. Sovetlər dönəmində bu yol ermənilərin Qarabağa maneəsiz gəlib-getmələri, Qarabağdakı erməni əhalisi arasında məxfi formada millətçilik, şovinizm toxumları səpmək üçün ən əlverişli yol idi. Millətçi və avantürist üzdəniraq erməni "ziyalılar"ı bundan yararlanaraq əhalinin körpəsindən böyüyünə qədər hamısının beynini "böyük Hayastan", "miatsum" və "artsax" ideyaları ilə zəhərləyib üsyana hazırladılar. Hətta 2020-ci ildəki biabırçı məğlubiyyətlərindən sonra da ermənilər yenə də elə düşünürlər ki, bu yol onların dədə-babalarından qalıb və belə davam etməlidirlər. Yəni, Qarabağa bu yolla heç bir nəzarət olmadan silah-sursat, hərbi texnika, əsgər və s. daşımalıdırlar. Ancaq reallıqlar başqa mətləblərdən xəbər verir. Azərbaycan öz ərazilərinə nəzarəti gücləndirir.

Martın 5-də Ermənistanın törətdiyi silahlı təxribat bir daha onu göstərdi ki, Laçın yolunun son nöqtəsində, Ermənistan-Azərbaycan sərhədində sərhəd-nəzarət məntəqəsinin qurulması labüddür.

Bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibəsində bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına etiraz olaraq dekabrın 12-dən bəri Laçın-Xankəndi yolunda vətəndaş cəmiyyətinin nümayəndələri, ekofəallar aksiya keçirirlər: "Cənab Prezidentin dediyi kimi, bu, şərəfli bir missiyadır. Qarabağdan təbii sərvətlərimiz talan olunub gözümüzün qabağında Ermənistana daşınırdı. Hansı suveren ölkə buna dözər? Bu, dinc bir aksiyadır, ora qatılanların avtomatı, topu-tankı yoxdur və qanuni tələblər irəli sürürlər. Amma Ermənistan indi də yeni bir narrativ ortalığa atıb. Guya Laçın yolunda “blokada”dadır, Azərbaycan Qarabağda yaşayan erməni sakinlərə qarşı “genosid” törətməyə hazırlaşır. Biz ilk gündən demişik ki, Laçın yolu bağlanmayıb, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar yüklər rahat şəkildə yoldan keçir. Dekabrın 12-dən bu günə 3 600-dan çox maşın Laçın-Xankəndi yolundan keçib. Məgər belə blokada olur?"

Tamamilə doğrudur. Ermənistan bilərəkdən özünü keçmiş Sovet respublikası kimi aparır. Yəni, o zamanlar olduğu kimi, respublikalar arasında tikanlı məftillər yox idi, hamı bir-birinin ərazisinə sərbəst gəlib-gedə bilirdi. Ancaq 1991-ci ildən keçmiş müttəfiq respublikalar müstəqillik qazanıblar və bir-birləri üçün xarici dövlətə çevriliblər. Bəlkə Ermənistan bunu bilmir? Xeyr! Yaxşı bilir, ancaq özünü ya qoçu kimi aparmaq istəyir, ya da həyasızlıq eləyir, ermənilər üçün xüsusi şərait yaradılmasını iddia edir. Ancaq bu, daha keçmir. Azərbaycan heç cür razı ola bilməz ki, Ermənistan onun ərazisində terrorçu dəstələr saxlasın və onu Laçın yolu vasitəsi ilə daşıdığı silah-sursatla, canlı qüvvə və hərbi texnika ilə təmin etsin. Bu, artıq ermənilər üçün xam xəyallar olacaq.

Ermənistan rəsmiləri son hadisələri tam təhrif edərək xarici ölkələrdə bu fikri formalaşdırmaq istəyirlər: “Qarabağ bütün dünyadan təcrid olunub”. Ancaq bu adamlar başa düşmürlər ki, “Dağlıq Qarabağ” ayrıca bir subyekt deyil və ada kimi yaşaya bilməz. Bu ərazi Azərbaycanın tərkib hissəsidir. Erməni sakinlərin Azərbaycana reinteqrasiyası yeganə çıxış yoludur. Hətta xarici ölkə təmsilçiləri Ermənistanın yersiz tələblərini qeyri-ciddi hesab etdiklərini özlərinə də bildirirlər. Lakin ermənini qandırmaq hələ heç kimə müyəssər olmayıb, belə bitiblər, belə də itəcəklər.

Ermənilərin istəyib-istəməmələrindən asılı olmayaraq bu istiqamətdə aparılan işlər davam etdiriləcək və müstəqil, suveren Azərbaycan öz qanuni ərazilərinə nəzarəti gücləndirəcək. Elə bir nəzarət təşkil olunacaq ki, sərhədlərimizdən nəinki erməni əsgəri, heç Hayastan tərəfdən quş da uça bilməyəcək.

Vəli İlyasov, "İki sahil"