KÖŞƏ

Vəli İlyasov

İslamın bətnində qara yara

11 yanvar 2023 00:57
2023

İşgəncədən həzz alan ayətullahlara başqa ad vermək olmur

Dördüncü ay davam edən etirazlar səngimək bilmir. Adını İslam qoyan, əslində kafir əməllərlə məşğul olan İranın molla rejimi  təhlükəsizliyinə və firavanlığına and içdiyi xalqları qanına qəltan etməkdən əl çəkmir. Ermənisifət ayətullahlar İslamın bütün humanist qanun-qaydalarını ayaqlar altına ataraq dinimizi təhqir etməkdən sanki həzz alırlar. Onlar açıq-aşkar müsəlmanların müqəddəs Qurani-Kərimində yazılanları tamamilə təhrif edir və ziddinə gedirlər. Bircə misal gətirək. Allah -Təala buyurur ki, insan yalnız öz əcəli ilə həyatdan getməlidir. Yəni, insan insanı öldürə bilməz. Əgər öldürürsə deməli, həm Allaha şərik qoşur, həm günah işlədir. O hesabdan ayətullahların günahlarının sayı-hesabı yoxdur. İraqda, Suriyada müsəlmanların kütləvi qırğınında iştirak edən bu cəlladlar görəsən özlərini niyə müsəlman adlandırırlar? Bəyəm müsəlman məscidində donuz saxlayan ermənilərlə qucaqlaşıb öpüşən bu adamlar İslamın bətnində qara yara deyillərmi? Görün son günlərdə bunlar hansı müsibətləri törədiblər.

 İranda ümummilli etirazlar fonunda biri karate çempionu, digəri könüllü uşaq məşqçisi olan iki gəncin edam edilməsi bütün dünyada hiddətə səbəb olub.  Xəbər verilir ki, Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyni şənbə günü səhər tezdən asılıblar. Dünya ictimaiyyəti bu vəhşi qətllərdən çok keçirir.

İranın məhkəmə xəbər agentliyi "Mizan"ın verdiyi məlumata görə, onların ötən il rejim əleyhinə nümayişlərdə iştirak etdikləri və noyabrın 3-də Kərəcdə Bəsic yarımhərbi qruplaşmasının üzvü Seyid Ruhullah Əcəmianı öldürməkdə şübhəli bilindikləri iddia edilib.

Qeyd edək ki, sentyabrın 16-da polis tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkəni bürümüş etirazlarla bağlı edam edilənlərin ümumi sayı 4-ə çatıb. Dediyimiz kimi, keçən şənbə günü İranda ümummilli etirazlar fonunda biri karate çempionu, digəri könüllü uşaq məşqçisi olan iki gəncin edam edilməsi bütün dünyada hiddətə səbəb olub. Ancaq vəhşilik və zorakılıq bununla bitmir. Dünya şöhrətli futbolçu, İran yığmasının canlı əfsanəsi Əli dayinin da həyatı təhlükədədir. O, etirazçılara haqq qazandırdığı və hökuməti ittiham etdiyi üçün dəmir barmaqlıqlar arxasına atılıb. İndi onu hansı hökm gözlədiyini heç kim bilmir. Hansı həbsxanada saxlandığı da məlum deyil. Müqayisə üçün deyək ki, bu məşhur futbolçunun rekordunu yalnız Argentina yığmasının hücumçusu, dünya futbolunun ulduzu Leonel Messi keçən il Qətərdə keçirilən dünya çempionatında təzələyə bilib. Ancaq qaragüruh üçün fərqi yoxdur, kim olursa-olsun, murdar əməllərinə şərik olmursa, ölməlidir, özü də insanlıqla bir araya sığmayan vəhşi üsul və işgəncələrlə!

Ancaq zülmdən cana doymuş İran xalqları artıq ayağa qalxıblar, onlar qollarındakı qandalları qırıb, istibdad yuvasını dağıdacaqlar.