KÖŞƏ

Vəli İlyasov

İtə bax, qarpız yeyir...

26 noyabr 2022 02:35
1146

Zühuri Ermənistanın Baş Prokurorluğunda zühur etdi və başından böyük danışdı

İlan və ona ağu verən həşərat haqqında hamımız bilirik. Bu günlərdə onlar yenə görüşərək bir-birlərinə bolluca zəhər axıdıblar. Çünki ilan belə həşəratdır ki, zəhərini tökməyəndə başı ağrıyır və o, yol üstünə çıxır. Əgər təsadüfən əliçomaqlı birisi gəlsə, onda vay ilanın halına. Dəmir yumruq əhvalatına oxşar bir əhvalat baş verəcəkdir. Nə isə...Qayıdaq əsas mətləbə.

Özünü nazlı qız kimi aparan Ermənistanın baş prokuroru Anna Vardapetyan noyabrın 22-də İran səfiri Abbas Bədəxşan Zühurinin və onun başçılıq etdiyi bir sürü züytutanı ilə görüşüb.

Bu barədə Ermənistan Baş Prokurorluğu böyük fəxarətlə məlumat da yayıb. Bəs necə, bir-birlərindən ayrı qala bilməyən qardaş-bacılar ayrılığa dözə bilməzlər. Bu barədə əllərində çaxır dolu parçlarla sağlıq da deyiblər. Zühuri Annaya elə bir qatı açılmamış bağlama söyləyib ki, heç onu dünyanın ən ustad aşıqları və ya  tarixçi akademikləri belə aça bilməzlər, bədbəxt Anna hardan bilsin.

Görüş zamanı Vardapetyan qandığı bir-iki kəlmə danışıb və Zühuriyə qulaq verməyi lazım bilib. Arada özü də bir-iki kəlmə qırıldadıb. Yəni, qısaca olaraq iki xarabanın hüquq-mühafizə orqanları arasında əməkdaşlığı yüksək qiymətləndirib və bildirib ki, səmərəli qarşılıqlı fəaliyyət əsasında bu əməkdaşlıq genişlənəcək.

Görüşdə daha aktiv olan Zühuri isə bildirib ki, Ermənistan və İran arasında “3000 illik tarixi və mədəni əlaqələr” bütün istiqamətlərdə münasibətlərin inkişafı üçün yaxşı əsasdır və bunu xüsusilə son illərdə görmək olar. Bax, bu yerdə deyirlər ki, “İtə bax, qarpız yeyir.”

Ağzına gələni çərənləməkdə mahir olan ağayi Zühuri düşünmür ki, biri böyürdən çıxıb soruşar ki, ay idbar, 3000 il bundan əvvəl bəyəm Yer üzündə İran və ya Ermənistan adlı dövlət vardı? İnanın ki, nə utanacaqlar, nə də susacaqlar. Təbii ki, hər iki həyasız “hə” deyəcək, amma onu beş yaşlı uşağa da sübut edə bilməyəcəklər. Şübhəsiz, o zaman suyu buxarlanmış sifətlərini göstərəcək, bollu həyasızlıqlarını işə salacaqlar. Çünki artıq bütün dünya yaxşı bilir ki, bunların silahı və həqiqətləri yalnız həyasızlıqdan ibarətdir. Yəqin ki,  Yer üzündə bunların murdar sifətlərini bizdən çox görən və tanıyan olmaz.

Həsrətlə dolu görüşdə ilan və ağuverən ürəkdən çox dərdləşiblər. İranın Qafandakı viranxanasının açılmasını yüksək qiymətləndirən Zühuri Zəngəzurun Tehran üçün mühüm rol oynadığını xüsusi vurğulayıb.

Sifətinə daş yamanmış İranın gopçu səfirinin laflarına görə, heç bir ölkə Zəngəzura qarşı iddia irəli sürə bilməz. Həyasızlığın dərəcəsini görürsünüzmü? Azərbaycan torpağının böyük bir qismini işğal edib orada ağlına gələnləri edənlər utanıb-qızarmadan o biri qisminə də dil uzadır. Ancaq bildirçinin bəyliyi darı sovulanacandır, ağayi Zühuri!  Az qalıb, tökdüyünüz qanlar bir gün gözünüzü tutacaqdır. Bil ki, Azərbaycan üçün mühüm rol oynayan Təbriz  öz sahibinə qovuşacaqdır. Sən də farsistandan oraya yana-yana baxacaqsan. O zaman zinadan törəmiş Ermənistan dadına çata bilməyəcəkdir.

Amma bir həqiqət var ki, o dediyin 3000 ildə adam olub adam cərgəsinə qoşula bilmədiniz. Tarixə işğalçı və başkəsən kimi düşdünüz və elə o cür də qaldınız.

Bizim bəxtimiz onda gətirməyib ki, Arazın o tayında cənublu qardaşlarımız qəddar farslarla, bu tayında isə biz bic ermənilərlə qonşu olmuşuq. Ancaq nə qəm, birinin ağzını yaxşıca ovuşdurmuşuq, o birinin dərsini o taydakı qardaşlarımız verəcəklər. İki yüz əvvəl azərbaycanlıların çəkmələrini necə öpürdülərsə, yenə də üzlərinizi o çəkmələrə sürtəcəksiniz. Hər ikinizin sonu gəlib, bildirçinin bəyliyi bitib, məhşəriniz yaxınlaşıb.

Deyirlər ki, Cəhənnəmə gedən özünə yoldaş axtarar.

O zaman zalımlar üçün yaşasın cəhənnəm!

Amma bu görüşdə  bir müəmma qaldı: Görəsən ağuverən ilanı özünə siğə etdi, ya yox?