KÖŞƏ

Vəli İlyasov

Oğurluq...

15 noyabr 2022 01:15
1177

Görkəmli  Azərbaycan bəstəkarı Cahangir Cahangirovun "Zərif gülüşlüm" mahnısı necə "erməniləşdirildi"?

Azərbaycana aid olan hər çeyi oğurlayıb öz adlarına çıxmaq ermənilərin köhnə şakəridir. Bu mövzuda istənilən qədər danışmaq olar. Orada-burada köçəri həyat sürən başıqapazlı ermənilərin nə mədəniyyəti, nə ədəbiyyatı, nə də tarixi olub. Ona görə də haylar özlərinə saxta tarix və mədəniyyət "düzəltməklə" məşğuldurlar. Bu yaxınlarda onların daha bir oğurluqlarının üstü açılıb. Görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı musiqi əsərini Arutyun Pambukçıyan və Seda Tadevosyan “Qaram dardzats” adı altında ifa edərək  Yutubda yayıblar.

Məlumdur ki, “Zərif gülüşlüm” əsəri Cahangir Cahangirovun 1969-cu il 18 dekabr tarixli ərizəsi əsasında Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyi) qeydiyyata alınıb və müvafiq kataloqa daxil edilib.

Bu mahnı, həmçinin Azərbaycanın məşhur ifaçılarından olan Xalq artisti Şövkət Ələkbərova  tərəfindən də ifa edilib, "Youtube" kanallarına yüklənib. Ermənilərin həyasızlığının dərəcəsinə baxın ki, bütün bu faktları bilə-bilə bu mahnını da oğurlamağa girişiblər.

Əqli Mülkiyyət Agentliyinin ekspertləri bəstəkar Eldar Mansurov və Faiq Sücəddinovun rəylərinə əsasən müəyyən edilib ki, ifa olunan “Qaram dardzats” adlı mahnı Cahangir Cahangirovun “Zərif gülüşlüm” əsəri ilə eynidir. Bu da o deməkdir ki, Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən ifa edilən “Qaram dardzats” musiqi əsəri plagiatdır və məşhur Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” əsərinin adı “Qaram dardzats” adı ilə əvəz olunaraq təhrif edilib.

Təbii ki, ermənilər bizim gözəl mahnımızı öz adlarına çıxmaqla yaxşı pul qazanmaq məqsədi güdüblər. Axı, Azərbaycan musiqiləri dünyada çox sevilir. "Cücələrim", "Sarı gəlin", "Koroğlu" üverturası, "Bayatılar" və digər musiqi əsərlərimiz Yer kürəsinin hər bir guşəsində anşlaqla qarşılanıb. "Bayatılar" isə dünyanın yarısında alqışlanıb.

"Youtube" kanalında yerləşdirilmiş Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən musiqi əsəri haqqında verilən məlumatda Cahangir Cahangirovun adı göstərilməməklə onun müəllif kimi şəxsi hüquqları, "Youtube" kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi-nəzərindən isə əmlak hüquqları pozulub. "Youtube" kanalında mahnı haqqında verilən məlumatda oranjemançı kimi Xaçik Sahakyan göstərilib. Müəllif-hüquq qanunvericiliyi baxımından mahnının aranjeman edilməsi üçün müəlllifdən və ya onun vərəsələrindən icazə alınmalıdır.

Bu hal, eyni zamanda, Azərbaycanın milli qanunvericiliyinin müddəaları ilə yanaşı, həm də Azərbaycanın və Ermənistanın üzv olduqları Ümumdünya Əqli Mülkiyyət Təşkilatınının (ÜƏMT) inzibati idarəçiliyində olan “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və ÜƏMT-nin İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının ermənilər tərəfindən kobub şəkildə pozulmasıdır. 

Dediyimiz kimi, bu mahnının quldurcasına oğurlanması ermənilərin saysız-hesabsız oğurluqlarından yalnız biridir. Biz əgər atalarımızın məlum məsəlinə azacıq düzəliş etsək belə alınar: Oğurluq itə və erməniyə yaraşır.