Vəli İlyasov |
Həyasızlığın pik nöqtəsi: Ermənilər Kəlbəcərdəki Xudavəng monastrını və Hindistandakı Tac-Mahal sarayını da özününküləşdiriblər
Gülməlidir, deyilmi? Ölkəmizin bir çox bölgələrində olduğu kimi, Kəlbəcər rayonu da qədim alban-udi abidələri ilə zəngindir. Onlardan biri olan və ermənilərin “özəlləşdirmə”yə çalışdıqları Xudavəng monastrı VII-XIII əsrlərə aiddir. Yəni, VII əsrdə tikilmiş bu monastr kompleksinə əsrlər keçdikcə yeni binalar inşa edilərək əlavə olunub. XIII əsrdə kompleks tamamlanıb. Halbuki ermənilər Azərbaycan ərazisinə yalnız XIX əsrin əvvəllərində Rusiya çarları tərəfindən gətiriliblər. Bu gətirilənlər sonralar ayaqlarına yer eləyəndən sonra havadarlarına güvənərək ərazi iddialarına başladılar. Buna əsas “düzəltmək” üçün saxta tarix yazaraq özlərini həyasızcasına yerli millət kimi qələmə verdilər. İnandırıcı olmaq üçün albanları özlərinin babaları elan etməkdən də utanmadılar. Onlar bizim ərazilərdə üstündə alban xaçları olan bütün abidələri öz adlarına çıxdılar. Halbuki alban xaçları erməni xaçlarından fərqlənir və alban yazıları erməni əlifbası ilə qətiyyən uyğun gəlmir. Qeyd edək ki, alban abidələri Azərbaycanın Gəncə, Tərtər, İsmayıllı, Xocavənd və bir çox bölgələrində bu günədək qorunub saxlanmaqdadır.
Haqqında danışdığımız Xudavəng kəndindəki monastrda olan xaç və yazılar da bu qəbildəndir, yəni ermənilərə heç bir aidiyyəti yoxdur. Hazırda bu monastr Rusiya sülhməramlılarının nəzarəti altında saxlanılır. Ölkəmizin qədim sakinləri olan udilər vaxtaşırı buraya ziyarətə gəlirlər.
Bir neçə gün əvvəl Alban apostol müstəqil kilsəsinin varisi olan Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Ermənistanın 27 illik işğalından azad olunan Kəlbəcər rayonunda Xudavəng kəndindəki monastır kompleksini növbəti dəfə ziyarət ediblər. Bu barədə Alban-Udi Xristian İcmasının sədri Robert Mobili sosial şəbəkələrdəki şəxsi profilində yazıb. O qeyd edib ki, ziyarət zamanı icma nümayəndələri burada dini ayinləri icra edərək şamlar yandırıb, dualar oxuyublar. İcma nümayəndələri İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşüb şəhid olanların ruhunu ehtiramla yad edərək dualar oxuyublar.
Robert Mobili xatırladıb ki, çar Rusiyası 1828-ci ildən sonra Qarabağa köçürülmüş ermənilərin fitvası ilə Alban kilsələrinin fəaliyyətini dayandırıb və onun mülkiyyətini yenicə qondarılmış erməni qriqoriyan kilsəsinə verib: “160 il ərzində tarixi ədalətsizliyə etiraz edən udi etnosu bu müddətdə qriqoriyanlığı qəbul etməmiş, özlərini Alban apostol müstəqil kilsəsinin varisləri saymışlar”.
Bəli, Robert Mobili tamamilə haqlıdır. Elə olmasaydı ermənilər 2020-ci ilin 44 günlük müharibəsində məğlub olduqdan sonra Xudavəng monastrının divarlarındakı yazıları və oradakı daş kitabələri söküb aparmazdılar. Laçında olduğu kimi, burada da divarlara yazıb yapışdırdıqları “hazır dua”ların işə keçmədiyini görən keşişlər gedəndə öz “zibil”lərini söküb özləri ilə aparmışlar. Divarda yazılan mətnlərin yerlərinin boş qalması isə təbii ki, diqqəti dərhal cəlb edir. Xatırladaq ki, onlar başqa yerlərdə olduğu kimi, burada da bizim izimizi itirmək üçün alban dilində yazılmış mətnləri ya pozub məhv etmiş, ya da daş kitabələri çıxarıb aparmışlar. Təbii ki, muzeydə saxlamaq üçün yox, izini itirmək üçün. Ancaq bu cür iz itirməklə heç nəyə nail olmaq mümkün deyil. Bir çox tarixi məxəzlərdə, elə öz keçmiş erməni alimlərinin, tarixçilərinin özlərinin əsərlərində və salnamələrində bu abidələrin və ərazilərin azərbaycanlılara məxsus olması barədə saysız-hesabsız faktlar və dəlillər var.
Ermənilər çoxdan saxta əməlləri ilə özləri-özlərini ifşa edirlər. İndi deyəcəyim digər bir fakt isə ermənilərin sərsəmliyinə daha bir heyrət doğuran sübutdur. Onlar dünyanın ən nadir incilərindən biri sayılan Hindistandakı məşhur Tac-Mahal sarayının ermənilərin olduğunu iddia edirlər. Məlumdur ki, Cahan Şah bu məqbərəni arvadı Mümtaz Mahalın şərəfinə tikdirmişdir. Ermənilər uydurmalara və düzəltdikləri saxta dəlillərə əsasən Mümtaz Mahalın müsəlmanlığı qəbul etmiş erməni olduğunu iddia edirlər. Guya ona müsəlmanlığı zorla qəbul etdirmişlər. Onlar hətta bu barədə “Tac-Mahal: Erməni qadını Hindistanın rəmzidir” filmini də çəkmişlər. Saxtakarlar 2016-cı il mart ayının 10-da Hindistanda onun təqdimat mərasimini keçirərkən ölkənin alimləri və ziyalıları orada iştirakdan imtina etmişlər. Çünki hindistanlılar bilirlər ki, Mümtaz Mahal kimi tanınan qadın Ərcümənd Banu Bəyimdir. O, Cahan Şahın atası Cahangir Şahın baş vəziri , Azərbaycanın Səfəvilər sülaləsindən olan Əbdülhəsən Asəf Xanın qızıdır. Bu cür səhih məlumatdan sonra ermənilərin "kəşf"ləri təəccüb və heyrət doğurur. Düşünürsən ki, ağıl çatışmazlığı bunlarda anadangəlmədir, yəni ağıldan qüsurlu doğulurlar.
Bütün bunlara və digər bu kimi yaramazlıqlara görə dünyanın bir çox tanınmış dahiləri və tarixi şəxsiyyətləri onların murdar xarakterlərini lazımınca açıb göstərmişlər. Böyük rus şairi Aleksandr Puşkinin xarakteristikası isə ermənilərin əsl sifətlərini orijinallıqla ifadə etmişdir...