KÖŞƏ

Vəli İlyasov

Çanaq öz başlarında çatlayacaq

18 avqust 2022 02:15
1376

Erməni və erməni əsillilər orada yenə hansısa faciəyə təməl qazıyırlar

Məramının o qədər də xoş olmadığını dəfələrlə açıq şəkildə nümayiş etdirən Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazimizdə ermənilərin ölkəmizə qarşı quldurluq etdikləri və onlara ciddi xəbərdarlıq edilməməsi ilə bağlı çox faktlar var. Söhbət bu dəfə sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi şəhərində süni surətdə yeni quraşdırılacaq “Rus icması” layihəsi və onun ətrafında cərəyan edən proseslərdən gedir. Azərbaycan ərazisində rəsmi Bakının xəbəri və icazəsi olmadan qəflətən peyda olan bu müəmmalı "icma"nın məram və məqsədi nədir? Bunu hələlik dəqiq bilən yoxdur.

Bilinən odur ki,  erməni saytı Novostink.ru üç gün əvvəl bu barədə yazır: “Uzun illərdən sonra ilk dəfə pravoslav keşişi Boris Qrişin sülhməramlı kontingentlə birlikdə bölgəyə gəlib. Boris Ata Qarabağ torpağında pravoslavlığın dirçəlməsinə mühüm töhfə verib. Rus İcması nəzdində “bazar günü məktəbi” təsis edib. Məhz Boris Ata Qarabağda yüz ildən artıq müddətdə ilk rus pravoslav kilsəsinin tikintisinin təşəbbüskarı olub”.

Hərbçilərin kölgəsində Xankəndiyə gələn Boris Ata saqqalına hörmət qoyub belə çirkin işlərə qoşulmasa yaxşı olardı. Ara qarışdırmaq, şeytani əməllərə rəvac vermək ruhaniyə yaraşan iş deyil, ən azı İsa Məsih belə deməyib. Boris Ata bilməmiş deyil ki, Azərbaycan vətəndaşı olmadığı üçün ölkənin sərhədindən icazəsiz keçərək qanunları kobudcasına pozub. Bu rütbədə, bu yaşda olan kəs belə sadə məsələləri bilməmiş olmaz. Axı, bura onun ata-babasının torpağı deyil. Ancaq məsələ təkcə bununla bitmir.

Qondarma “Rus icması”nın rəhbəri, Rusiya məxfi xidmət orqanlarının əməkdaşı olduğu çoxdan məlum olan, erməni əsilli Aleksandr Bordov isə deyib: “Qarabağ tarixən ruslar üçün doğma diyardır, 1804-1813-cü illər Rusiya-İran müharibəsi zamanı bu torpaqları azad edən əcdadlarımız burada dəfn olunub”. Bu sözlər göstərir ki,  Bordovun "qaynatdığı qazan"dan "pis iy" gəlir. Görəsən Qarabağ xanlığını, bizim torpaqları "azad edən" Bordovun babalarının məqsədi nə imiş və burada dəfn olunmalarının səbəbi nədir? Onların Qarabağda nə ölümü vardı? Qafqazda qoçuluq edərək Şuşada İbrahim xanı ailəsi ilə birlikdə qətliam edən bordovların gorbagor babaları deyildimi? İrəvan xanlarını qanına qəltan eləyən, əhalisini qılıncdan keçirən də onlar idi. İndi bu hərif kimin gözünə kül üfürməyə çalışır. Söz-söhbətindən imperiyabazlıq və zorakılıq yağan Aleksandr özünü nahaq yorur, çünki həqiqəti hamı yaxşı bilir.

Avantürist Bordov Qarabağ xanlığının çar Rusiyası tərəfindən işğalını “işğaldan azad olunma” kimi təqdim edir. Daşdan keçən tarixi arxiv sənədləri ortada ola-ola! Sanki Qarabağ xanlığı XVIII əsrədək də Rusiya torpağı imiş! Yəni saxta “Rus icması”nın rəhbəri erməni xislətinə tam uyğun olaraq ən yaxın tarixi belə saxtalaşdırmaqdan utanmır. Məlum məsələdir ki, tarix saxtalaşdırmaq bordovların ata-baba xislətidir.

Erməni mediası davam edərək yazır: “Qeyd etmək lazımdır ki, sülhməramlı qüvvələr və rus icması Dağlıq Qarabağda yaşayan slavyanların və Rusiya vətəndaşlarının kimliyinin qorunub saxlanılmasına, rus mədəniyyətinin və pravoslav ənənəsinin möhkəmləndirilməsinə yönəlmiş bir sıra mədəni-maarifləndirmə tədbirləri də keçirib. Onu da əlavə edək ki, tezliklə Qarabağ tarixində ilk dəfə olaraq Stepanakertdə (Xankəndi) təsisçisi Rus İcmasının rəhbəri Aleksandr Bordov olan Rus Dram Teatrı fəaliyyətə başlayacaq”.

Rus icmasının faktiki mövcud olmadığı Qarabağda Rus Dram Teatrı, “bazar günü məktəbi”, daha nələr...Bütün bunlar nədən xəbər verir? Ancaq çox keçməz ki, "xoruzun quyruğu" görünəcək. Məlumdur ki, Xankəndidə ermənilərə ərə gələn beş-altı nəfər rus qadından başqa orada pravoslavlar yaşamır. İndi bu qondarma "icma"ya, "bazar günü məktəbi"nə və "teatr"məsələsinə nə ehtiyac var? Azərbaycanın aidiyyəti qurumlarından xəlvəti iş görməklə ermənilərin və erməni əsilsizlərin gələcəkdə hansısa insidentin və ya faciənin bünövrəsini qoymaqlarından xəbər verir.

Gülünc və cəfəng bir ideyadır. Axı, Xankəndidəki beş-on nəfər qartımış arvad üçün "icma", "bazar günü məktəbi", "dram teatr" açmaq nə normal ağıla, nə də məntiqə sığır. Yaxşı, bu teatrın aktyorları və tamaşaçıları kim olacaq?  Buna yalnız istehza ilə gülməklə cavab vermək olar. Ümumiyyətlə, ermənilər və onların züytutanları bu əbləh əməllərindən nə vaxt əl çəkəcəklər? Bunlar əllərini özgələrin ciblərindən niyə çıxarmaq istəmirlər? Parazitlik nə qədər davam edər? Təsdiq olunmuş fakt ondan ibarətdir ki, bunların ləpirindən heç vaxt xeyir tapmaq olmaz, çünki o izlər şər işlərə, savaşa, qan-qadaya aparır. Çanaq öz başlarında çatlasın!