Vəli İlyasov |
Onların Alban abidələrinə iddiaları təəccüb və rişxənd doğurur.
Bu günlərdə Alban-Udi xristian dini icmasının üzvləri və mətbuat nümayəndələri Milli Qurtuluş Günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə işğaldan azad olunan Laçın rayonundakı Ağoğlan monastırına səfər ediblər.
Ağoğlan monastırı Ağoğlan çayının sahilində, Laçın şəhərinə yaxın ərazidə Kosalar kəndində yerləşən, V-VI əsrlərə aid dini abidədir. Monastırın Azərbaycan dilli ədəbiyyatda istifadə edilən adı bu dini abidənin yaxınlığından keçən kiçik dağ çayının adı ilə əlaqəlidir. Laçın rayonu 28 il işğal altında qaldığı müddətdə isə ermənilər bu monastırı da özününküləşdirməyə çalışıblar, hətta adını dəyişib "Sisernavank" qoyublar.
Monastırın divarlarında tarixi-dini abidənin guya ermənilərə məxsus olduğunu əks etdirən saxta daş kitabələr yerləşdirilib. Ermənilər ərazini tərk edəndə isə monastırda quraşdırılan şamdanları özləri ilə aparıblar və bəzi tarixi materialları məhv ediblər.
Səfərdə iştirak edən Alban-Udi xristian icmasının sədri Rafik Danakari bildirib ki, bu məbəd qədim Alban dövlətinə məxsusdur. Ermənilər işğal dövründə burada saxtakarlıqla bəzi dəyişikliklər etməyə çalışıblar. Məbədin divarlarına erməni dilində yazılar yazıblar, bəzi hissələri dəyişdiriblər. "Qədim tarixi əhatə edən faktları yoxa çıxarmaqla saxtakarlıq törədiblər. Buna baxmayaraq, tikilinin tarixi, arxitektur üslubu, divarların üzərindəki işarələr bu kilsənin qədim Alban məbədi olmasını bir daha sübut edir", - deyə o əlavə edib.
Göründüyü kimi, ermənilər daim albanlara məxsus abidələri saxtalaşdıraraq özününküləşdirməyə cəhd göstəriblər. Qədim tarixi mənbələr isə bu ərazidə ermənilərin yaşamadıqlarını çoxdan sübut edib. Lakin həyasız ermənilər tutarlı faktlara baxmayaraq axmaq niyyətlərindən əl çəkmək fikrində olmadıqlarını təsdiq edirlər. Bunların Azərbaycan ərazilərinə köçürülmələri barədə ilk məlumatlara yalnız 1828-1829-cu illərin mənbələrində rast gəlinir.
Tarixi salnamələrdə yazılır ki, türk dünyasının böyük sərkərdəsi və hökmdarı Məhəmməd Alp Arslan Səlcuqlu Zəngəzurda Alban feodallarının əhaliyə zülm etdiyini eşidib güclü ordu ilə onların üzərinə gəlib. Feodalların qoşunu möhkəmləndirilmiş qalada inadlı müqavimət göstərsələr də Alp Arslanın od saçan mancanaqları qarşısında uzun müddət dayana bilmədilər və məğlub oldular. Bundan bir neçə il sonra Alp Arslan baş qaldırmış zülmkar feodalların xalqı incitdiklərini eşidib yenidən bu yerlərə hərbi yürüş edir. Bu dəfə o, istismarçıların hərbi qüvvələrini tamamilə darmadağın edərək onları təslim olmağa məcbur edir. Bundan sonra albanların bir hissəsi İslam dinini qəbul edərək müsəlman olurlar. Bilirik ki, İslamı qəbul etmiş albanlar türk ad və soyadları qəbul ediblər. Alp Arslan asayişin möhkəmliyi üçün alban qalalarına türk hərbi dəstələri yerləşdirir ki, tətbiq edilən qaydaları pozmağa cürət edən olmasın. Beləliklə, bölgədə uzunmüddətli sabitlik yaranır.
O əsrlərdə bu yerlərdə bir nəfərlərinin də olmadığı mənfur ermənilər indi uydururlar ki, guya buradakı kilsələri İsanın on həvarisindən olan bir erməni inşa etdirib. Göründüyü kimi, ermənilər hətta İsa peyğəmbərin həvarilərinin də erməni olduğunu sayıqlayırlar. Tamamilə gülünc bir uydurmadır. Bəlkə bir müddətdən sonra İsanın da Qarabağ ermənisi olduğunu iddia edərlər. Çünki əvvəllər buna bənzər bir çox ağlagəlməz iddialar irəli sürüblər. O ki, qaldı Alban abidələrinin erməniləşdirilməsinə, bu, ermənilər üçün adi bir işdir. Özgənin nəyi varsa oğurlamaqda, özününküləşdirməkdə mahirdirlər. Bunlar normal insanın ağlına gətirə bilmədiyi nəsnələri düşünə və onu həqiqət kimi qəbul edə bilirlər. Dünyanın ən həyasız və saxtakar milləti olan ermənilərin yer üzündə alternativləri yoxdur.