Sevinc Azadi |
1882-1900-cü illərdə Amerika siyasətşünaslarının ilk nəslinin belə bir şüarı var idi: “Tarix dünənin siyasətidir, siyasət isə bu günün tarixi”. Tarix həm də dünəndən dərs almaq, nəticə çıxarmaq, bu günün və sabahın siyasətini düzgün müəyyənləşdirmək üçündür. Ermənistan isə nə keçmişin olaylarından, nə də bu günün reallıqlarından nəticə çıxarmaq istəmir. Erməni cəmiyyətinin çobanından ziyalısına qədər, süpürgəçisindən prezidentinə qədər bütün üzvləri tarixboyu başlarına gələn bəlalarda Yer üzündə xoşbəxt yaşayanların hamısını günahkar hesab edirlər. Onların xəstə təfəkkürünə görə, bütün dünya – Türkiyə, Azərbaycan, Rusiya, Avropa, Amerika, hətta Antarktida pinqvinləri də erməni qəbiləsinin bədbəxtliyində günahkardırlar - həmişə kimsə onları sıxışdırır, kimsə onlara yardım etmir, kimsə onları qorumur və sair. Amma heç biri özlərinin günahkar olması ehtimalını ağlına belə gətirmir. Ermənilər anlamırlar ki, belə bir dünyagörüşü ilə heç bir millətin və xalqın ermənilərlə birgə yaşaması, sadəcə, mümkün deyil. Odur ki, bu gün Ermənistan adlanan qədim türk torpaqları yalnız ermənilərdən ibarət monoetnik bir cəmiyyətə ev sahibliyi edir.
Prezident İlham Əliyev müharibənin ilk günlərində bildirirdi ki, Ermənistanın baş naziri işğal altındakı torpaqların geri qaytarılacağına dair cədvəl təqdim etsə, döyüşləri dayandırmağa hazırıq. Lakin işğalçı dövlətin siyasi rəhbərliyi belə bir cədvəl təqdim etmədi və nəticədə daha ağır zərbələr aldı. Azərbaycan Prezidenti öz sözünə növbəti dəfə də sadiq qaldı, işğalçı dövlət kapitulyasiyasını boynuna aldıqdan və Ağdam, Kəlbəcər, Laçın rayonlarının döyüşsüz geri qaytarılması ilə bağlı müvafiq cədvəl təqdim etdikdən sonra müharibəni dayandırdı. Müharibənin davam etməsi Ermənistan üçün daha böyük itkilər demək idi.
Lakin bu gün Ermənistandakı bəzi qüvvələr və onların xaricdəki havadarları son günlərdə revanşist cəhdlər etməyə çalışırlar. Onlar qondarma “dqr” ordusunun Azərbaycanın azad etdiyi torpaqları yenidən geri qaytaracağı ilə bağlı sərsəm fikirlər səsləndirirlər. Görünür bəhs olunan qüvvələr müharibənin yekunlarından lazımi nəticələr çıxartmayıblar. Bugünlərdə müxalifətdə olan “İşıqlı Ermənistan” partiyası parlamentdə sözügedən Bəyanatın ölkə qanunlarına uyğun olub-olmaması barədə müzakirə açmaq istəyib. Məsələnin parlamentin gündəliyinə salınması üçün səsvermə də keçirilib. “Məsələnin gündəliyə salınmasına 40, buna qarşı isə 73 deputat səs verib. Məsələ gündəliyə salınmayacaq” – deyə spiker Ararat Mirzoyan açıqlama verib. İqtidardakı “Mənim addımım” fraksiyası üçtərəfli Bəyanatın müzakirə olunmasının parlamentin səlahiyyətləri çərçivəsində olmadığını açıqlayıb. Müxalifət fraksiyaları isə əslində rəsmi Yerevanın kapitulyasiya elan etdiyi həmin sənədin ölkə qanunları ilə uzlaşmadığını iddia edirlər.
Bu gün hər bir erməni başa düşməlidir ki, qaçılmaz olan hərbi məğlubiyyət kiminsə xəyanəti, yanlış müttəfiqlərin seçilməsi, səriştəsiz komandanlıq nəticəsində yox, 1980-ci illərin sonlarında cəmiyyətin yanlış prioritetlər seçməsi, tamamilə cəfəng bir ideyanın kütləyə hakim kəsilməsi ucbatından baş verdi. Bir sıra politoloqların da qeyd etdiyi kimi, erməni cəmiyyəti öz prioritetlərini dəyişməli və özünə ayıq gözlə baxmalıdır. “Artsax- Ermənistandır”, “Artsaxsız erməni xalqı məhv olar”, “Ermənilərin xoşbəxtliyi Artsaxın siyasi baxımdan Azərbaycandan ayrılmasından asılıdır” kimi bayatıların bir qəpiklik dəyəri yoxdur. Bunlar çətin taleli xalqın tipik kompleksləri və mifləridir. Tarixə nəzər yetirsək görərik ki, oxşar proseslərdən bir sıra millətlər keçiblər. I Dünya müharibəsindən sonra Macarıstan (işğalçı Ermənistandan fərqli olaraq) öz ərazilərinin yarısını itirmişdi, milyonlarla macar özünün Rumıniyada, Yuqoslaviyada, Çexoslovakiyadakı keçmiş təbəələrinin hakimiyyəti altına düşmüşdülər. Hətta ölkənin keçmiş paytaxtı Pojon yad ölkədə Bratislavaya çevrilmişdi. Təbii ki, bu, milli heysiyyətə son dərəcə ağır zərbə idi və ilk 20 ildə macarlar bununla barışa bilmirdilər. Bu da onları Hitlerin düşərgəsinə gətirib çıxardı. Macarlar əvvəlcə almanların sayəsində torpaqlarının böyük hissəsini geri qaytarsalar da, bir neçə ildən sonra – dünya müharibəsində ikinci dəfə məğlub olaraq, nəhəng qurbanlar verərək yenidən itirdilər – bu dəfə həmişəlik. Amma bu gün Macarıstanda heç kim qonşularına qarşı ciddi şəkildə ərazi iddiaları irəli sürmür və yerli macarlar elə həmin rumın Transilvaniyasında xoşbəxt yaşayırlar – hətta muxtariyyətdən məhrum edilsələr belə (1954-1968-ci illərdə mövcud olub). Əvəzində Buxarestdə heç bir hökumət onların siyasi partiyası olmadan formalaşdırılmır. Həmçinin Elzası geri qaytarmaq arzusu Fransa və Almaniyada atmosferi uzun müddətlik korlamışdı – ta ki xalqlar hər şeyi olduğu kimi saxlamağa qərar verənə qədər.
Bu gün Ermənistanın əsas hədəfi və xilas yolu qisas hissindən qurtulmaq, qısa şəkildə ifadə etsək, revanş ideyası ilə yaşamamaqdır. Nə bu gün, nə də gələcəkdə ermənilərin günahkar axtarışı heç bir nəticə verməyəcək. Azərbaycan Ordusunun onlara verdiyi dərs Ermənistanın öz rolunu dərk etməsi və sivil dünya birliyində özünün düzgün yolunu və yerini axtarıb tapması üçün növbəti bir fürsətdir. Erməni qəbiləsi bu fürsəti layiqincə dəyərləndirib düzgün çıxış yolu tapmasa, yaşadığımız yüzilliyin sonuna qədər onların şüurlu canlıların bir növü kimi təbii şəkildə Yer üzündən silinib yoxa çıxması qaçılmaz olacaq.