18 aprel 2025 08:36
126

Pekin: Çin-Rusiya əməkdaşlığı qlobal enerji təhlükəsizliyi üçün vacibdir

"Çin-Rusiya enerji əməkdaşlığı iki ölkə arasında praktiki əməkdaşlığın mühüm təməli olmaqla yanaşı, qlobal enerji təhlükəsizliyinin təmin edilməsində müsbət qüvvədir. Son illərdə Çin və Rusiya arasında enerji ticarətinin həcmi ümumi ikitərəfli ticarətin üçdə birindən çoxunu təşkil edib"

İki sahil” xəbər verir ki, bunu Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini Din Syuesyan Rusiyanın energetika naziri Sergey Tsivilevlə görüşündə deyib.

O əlavə edib ki, iki ölkə arasında iri layihələr irəliləyir və əməkdaşlıq sahələri daim genişlənir.

Baş nazirin müavininin qeyd etdiyi kimi, Çin və Rusiya çətin anlarda bir-birini dəstəkləyən və birlikdə inkişaf edən mehriban qonşulardır: “(Çin) sədri Si Cinpinin və (Rusiya) Prezidenti Vladimir Putinin strateji rəhbərliyi altında Çin-Rusiya münasibətləri durmadan inkişaf edir, getdikcə yetkin, sabit və davamlı xarakter alır”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”