19 aprel 2025 08:44
135

Ekvadorda xoruz döyüşü arenasına silahlı hücum: 12 nəfər ölüb

Ekvadorda xoruz döyüşü arenasına silahlı hücum edilib.

İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumata görə, Manabi şəhərinin La Valensiya rayonunda baş verən hadisəni törədənlər hərbi geyimdə olublar.

Bildirilir ki, hücum nəticəsində 12 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Region polisinin rəisi Miller Rivera mətbuata açıqlamasında yaralıların xəstəxanalarda müalicə olunduğunu və hücum edənlərin tutulması üçün genişmiqyaslı əməliyyata başlanıldığını deyib.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə xoruz döyüşü zamanı hərbi geyimli şəxslərin təsadüfi atəş açdığı görünür.

Məhərrəm Ağalaroğlu, “İki sahil”