Bu gün İstanbul Böyük Şəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu Silivridə hakim qarşısına çıxarılıb.
“İki sahil” Türkiyənin “Sabah" nəşrinə istinadla xəbər verir ki, məhkəmə prosesi İmamoğlunun İstanbulun baş prokuroru Akın Gürlek və ailəsinə qarşı səsləndirdiyi ifadələrə görə “hədə” və “terrorizmlə mübarizə aparan şəxsləri hədəf göstərmə” ittihamları üzrə keçirilib.
Prosesdə İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu, oğlu Selim İmamoğlu, millət vəkilləri də iştirak edib. Məhkəmə iyunun 16-na təxirə salınıb. Sözügedən ittiham üzrə İmamoğluna 7 il 4 aya qədər həbs tələb olunub.
Türkiyə mediasında İstanbulun sabiq merinin məhkəmə zalından görüntüsü də yayılıb.