Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsi bildirib.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 107 km şərqdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.