27 yanvar 2025 16:03
189

Sankt-Peterburqda iş adamları saxta yolla 900 miqrantı qeydiyyata alıblar

Sankt-Peterburq polisi 900 əməkçi miqrantı qanunsuz qeydiyyatdan keçirən bir neçə kommersiya təşkilatının fəaliyyətini dayandırıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

Onun sözlərinə görə, kriminal biznes 2023-cü ildən fəaliyyət göstərirmiş. Miqrantlar və onların rusiyalı işəgötürənləri üçün hazırlanmış saxta sənədlərdə iş yerləri və müvəqqəti yaşayış yerləri barədə yalan məlumatlar qeyd edilib. Belə işçilərə vergi və sosial müavinətlər ödənilməyib.

Adambaşına qeyri-qanuni xidmətin dəyəri 35 ilə 40 min rubl arasında dəyişir.

Faktla bağlı cinayət işi açılıb, şübhəlilər saxlanılıb. Cinayət sxemində iştirakını yoxlamaq üçün 16 nəfər polisə aparılıb.