Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danona məktub göndərib.
“İki sahil” xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, Baş katib məktubda BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) İsrail torpaqlarında fəaliyyətinə davam etməsinə çağırıb: “Bizim mövqeyimiz beynəlxalq hüquqa əsaslanır və Fələstin xalqını dəstəkləmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”.
Qeyd edək ki, ötən oktyabrın 28-də İsrail parlamenti UNRWA-nın ölkə ərazisindəki fəaliyyətini qadağan edən qanunu təsdiqləyib.
İsrailin BMT-dəki səfiri bu gün təşkilatın Təhlükəsizlik Şurasına çıxışı zamanı UNWRA-nın fəaliyyətinin 48 saat içində dayandırılacağını bildirib.
Xatırladaq ki, 1948-ci ildə yaradılmış Agentlik Yaxın Şərq regionunda 5 milyondan çox fələstinli qaçqına təhsil, səhiyyə, fövqəladə hallarda humanitar yardım, sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir.