Mayis İskəndərov ali təhsilini 1997-2001-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) Neft və qazın geologiyası ixtisası üzrə alıb. Neft sənayesində əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Abşeronneft" neft və qazçıxarma idarəsinin (NQÇİ) 1 saylı neft və qazçıxarma sexində quyuların tədqiqi üzrə operator vəzifəsində başlayıb. 1997-ci ildə həmin sexə geoloq təyin olunub, 2000-ci ildə isə geologiya üzrə rəis müavini vəzifəsinə yüksəlib. 2009-2021-ci illər ərzində NQÇİ-nin Geologiya şöbəsinin rəisi olub, 2021-ci ildən indiyədək İdarənin Neft-qaz yataqlarının geologiyası va idarəedilməsi xidmətinin rəisidir.
SOCAR-da çalışdığı 28 il ərzində Mayis İskəndərov "İşəgötürənlər və müassisələrin rəhbər işçiləri üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası", "İngilis dili", "İnformasiya texnologiyalarına giriş", "Riskin Dəyərləndirilməsi", "Stasionar dəniz platformalarının heyətləri üçün təhlükəsizlik üzrə təlimat" təlimlərini uğurla bitirib.
Əlifağa Mirzəyev ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında (indiki ADNSU) bakalavr pilləsi üzrə 1996-2000-ci illərdə Mühəndis iqtisadiyyatı ve idarəetmə, magistr pilləsi üzrə isə 2000-2002-ci illərdə Müəssisənin iqtisadiyyatı və idarəetmə ixtisasları üzrə alıb. O, 2021-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Neft-qaz mühəndisliyi ixtisası üzrə də ikinci bakalavr təhsilini başa vurub.
Əmək fəaliyyətinə 2003-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin (İB) "Bulla-Dəniz" neft və qazçıxarma idarəsinin (NQÇİ) 1 sayılı neft və qazçıxarma sexində neft va qazçıxarma üzrə operator olaraq başlayıb. 2006-cı ildə İB-nin N.Narimanov adına NQÇİ-nin 4 saylı neft və qazçıxarma sexinə neft və qazçıxarma üzrə operator vəzifəsinə təyin olunub. 2008-2015-ci illər ərzində həmin sexdə usta, mühəndis, sex rəisinin müavini və rəisi, daha sonra isə 4 saylı neft və qazçıxarma sahəsinin rəisi vəzifələrində çalışıb.2015-2023-cü illərdə NQÇİ-nin 3 saylı neft və qazçıxarma sahəsinin rəisi olub. 2023-cü ildən indiyədək NQÇİ-nin Hasilatın idarəedilməsi xidmətinin rəis müavinidir.
SOCAR-da çalışdığı 20 ilə yaxın müddətdə Əlifağa Mirzəyev zəngin təcrübə əldə etməklə yanaşı, “Antikorrupsiya davranış modeli" təlimini də müvəffəqiyyətlə tamamlayıb.
Orxan Vahidoğlu, "İki sahil"