Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da sonuncu - 8-ci turun oyununa çıxacaq.
Qurban Qurbanovun komandası Yunanıstan səfərində "Olimpiakos"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bu komandalar 2022-2023 mövsümündə də Avropa Liqasında üz-üzə gəlmişdi. O vaxt "Qarabağ" qrup mərhələsinin Yunanıstandakı oyununda rəqibini 3 cavabsız qolla məğlub etmişdi. Bakıdakı matçda isə qolsuz heç-heçə qeydə alınmışdı.
Bugünkü oyun isə "Qarabağ" üçün formal xarakter daşıyacaq. Çünki 3 xalla 34-cü pillədə olan komandanın pley-off şansı qalmayıb. Ötən mövsüm Konfrans Liqasının qalibi olan "Olimpiakos" isə 12 xalla 12-ci pillədədir və ən azı pley-offu təmin edib.
31 yanvar
Avropa Liqası
Liqa mərhələsi, 8-ci tur
00:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Redu Petresku (Rumıniya)
Pirey. "Georgios Karaiskakis" stadionu