Bəzi qidalar istəməsək də yaşlanmanı sürətləndirir. Hətta bu qidaların həddindən artıq istehlakı hətta bədənə geri dönməz zərər verə bilər.
Həmin qidaları təqdim edirik:
Qəhvə
Səhər enerjiyə ehtiyacınız var? O zaman qəhvənizi məhdudlaşdırmaq istəyə bilərsiniz. Gündə altı fincandan çox qəhvə içən insanların beyin həcmi daha kiçik olur və daha az qəhvə içənlərə nisbətən demans diaqnozu qoyulma riski 53 faiz daha yüksəkdir. Bəzi tədqiqatlar müəyyən edib ki, hər 100 mq kofein (təxminən bir fincan qəhvənin miqdarı) 2,4 il sürətlənmiş qocalma deməkdir. Ancaq qəhvə vərdişinizdən tamamilə imtina etmənizə gərək yoxdur. Tafts Universitetinin alimləri hesab edir ki, qəhvənin bir çox faydalı təsirlərini göstərən tədqiqatlar da var. Əslində, orta miqdarda qəhvə istehlakının əzələ gücünün artırılmasından ürək-damar xəstəlikləri riskinin azalmasına qədər sağlamlıq üçün faydası var. Bəzi araşdırmalar göstərir ki, gündə 1,5-3,5 fincan qəhvə içən insanların qəhvə içməyənlərə nisbətən ölüm riski 21 faiz azdır.
Süd məhsulları
Süd içmək ürək-damar xəstəlikləri, osteoporoz və kolon xərçəngi riskinin azalması ilə əlaqələndirilir. Lakin son vaxtlar süd məhsullarının mənfi tərəflərini araşdıran tədqiqatların sayı artmaqdadır. Tam yağlı süd xüsusilə problemlidir. Bu, prostat xərçəngi və Parkinson xəstəliyinin yüksək nisbətləri ilə bərabər, həmçinin yaşlılarda koqnitiv geriləmə və bioloji qocalma sayının artmasına səbəb olur.
Ədviyyatlı qidalar
Yeməyinizə çox ədviyyat əlavə etmək demans inkişaf riskinizi artıra bilər. 15 il ərzində bir qrup yaşlı çinli yetkinləri araşdıran tədqiqatçılar müəyyən ediblər ki, hər gün 50 qramdan çox (təxminən dörddə bir fincan) çili bibəri istehlak edənlər, daha az ədviyyatlı yemək yeyənlərə nisbətən daha az koqnitiv xallara sahib olurlar. Bu, Amerikada həyəcan verici bir tapıntı olmaya bilər. Çünki amerikalıların 45 faizi "yüngül" yeməklərə üstünlük verir. Odur ki, hələlik acı bibərdən, tam imtina etməyin. Lakin mütəxəssislər işlənmiş ədviyyatların əvəzinə təzə ədviyyatlardan istifadə etməyi məsləhət görürlər.
Duz
Duzun ürək üçün zərərli olduğu heç kimə sirr deyil. Bir çox insanda həddindən artıq natrium qəbulu qan təzyiqini artırır. Yüksək qan təzyiqi insult, ürək xəstəlikləri və yaşa bağlı xroniki xəstəliklərlə əlaqələndirilir. "The Dietary Guidelines for Americans" (Amerikalılar üçün Pəhriz Rəhbəri ) gündəlik natrium qəbulunu 2300 milliqrama qədər məhdudlaşdırmağı tövsiyə edir. Lakin əksər amerikalılar bundan 50 faiz daha çox istehlak edirlər. Səbəbi natriumun ədviyyat və souslar, taxıllar və emal olunmuş pendir kimi qidalarda "gizlənməsi"dir. Bu gizli natrium mənbələri beyninizə zərər verə bilər.
Natriumda yüksək olan pəhrizlər idrak funksiyasının zəifləməsi və koqnitiv pozğunluq riskinin 330 faiz artması ilə əlaqələndirilir.
Karbohidratlar
Yüksək protein/aşağı karbohidratlı keto pəhrizi orqanlarınızı daha sürətli qocalda və ya beyin funksiyasını yaxşılaşdıra bilər .
Tədqiqat ziddiyyətli olsa da, bir şey dəqiqdir: Karbohidratlar iltihablı reaksiyaya səbəb ola bilər. Amma yaxşı yaşlanmanın makaron və çörəkdən imtina demək olmadığı bildirilir. Bütün halda qidalarda ölçünü gözləmək, çox yeməmək lazımdır.
Vüsal Cahanov, “İki sahil”