27 yanvar 2025 15:56
176

Ukraynalıların 50%-i Rusiya ilə sülh danışıqlarını dəstəkləyir

Son sorğunun nəticələri göstərir ki, ukraynalıların 50%-i Rusiya ilə sülh danışıqlarını dəstəkləyir.

“İki sahil” xəbər verir ki,  bu barədə RBC “Ukrayna həqiqəti” nəşrinə istinadla məlumat yayıb.

2024-cü ilin dekabrında güzəştə getməyə meylli ukraynalıların sayı 50,6%-ə yüksəlib. Eyni zamanda, respondentlərin 19,5%-i mövcud döyüş təmas xətti boyunca hərbi əməliyyatların dayandırılmasına və münaqişənin dondurulmasına səs verib.

Nəşrin müəlliflərinin fikrincə, sorğuların nəticələri göstərir ki, danışıqlar başlayandan sonra Maydan olmayacaq.

Bundan əvvəl Ukraynanın Baş Kəşfiyyat İdarəsi yaydan əvvəl sülh danışıqlarına başlamazsa, ölkənin mövcudluğuna təhlükə barədə xəbərdarlıq etmişdi.