Bəzi sosial şəbəkə səhifələrində Bakıda “Kamaz” markalı yük avtomobili sürücüsünün hərəkətləri ilə bağlı iddialar yayılıb.
“İki sahil” xəbər verir ki, qadağan edilmiş vaxtda hərəkət edən yük avtomobilinin sürücüsünün qeyri-qanuni şəkildə saxlanılması və bu zaman xəsarətlər alması iddia olunub.
DYP-dən bildirilib ki, əslində həmin şəxs özü-özünə xəsarət yetirib: “Paytaxt yollarında təhlükəsizliyin təmin olunması və tıxacların qarşısının alınması məqsədi ilə günün müəyyən saatlarında yük avtomobillərinə tətbiq olunan giriş məhdudiyyətlərinin tələbini pozduğu üçün yük avtomobilinə “saxla” işarəsi verilib. Həmin şəxs avtomobili zədələyib, məsuliyyətdən yayınmaq üçün qərəzli hərəkətləri ilə ətrafda olan şəxslərin diqqətini çəkməyə cəhd edib qaydalara əməl etməyən sürücü barədə qanunamüvafiq tədbir görülüb”.
Həmin görüntüləri təqdim edirik:
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb
Şəhid Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib