Bu fikirləri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bir sıra tədbirlər üçün Uşak şəhərinə səfər edib. İlk olaraq Uşak şəhər valisi Naci Aktaşı ziyarət edən nazir, daha sonra Mərkəz İdman Sarayında keçirilən AK Partiyanın Uşak şəhərində keçirilən Qurultayında iştirak edib. Qurultayda A.Bayraktarla yanaşı, AK Partiyanın sədr müavini Nihat Zeybekci, Uşak millət vəkilləri İsmayıl Güneş və Fahrettin Tuğrul və çoxsaylı partiya üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən A.Bayraktar Bolu şəhərində baş vermiş otel yanğınında həlak olanlara Allahdan rəhmət diləyib. O, Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük mübarizə apardığını və ölkəni layiq olduğu səviyyəyə çatdırmaq üçün gecə-gündüz çalışdıqlarını bildirib.
Nazir A.Bayraktar Qara dənizdəki təbii qaz işlərinin davam etdiyini vurğulayıb: “Dənizin dərinliklərindəki bu qazı çıxararaq evlərimizdə və iş yerlərimizdə istifadəyə verdik. 1,5 ildən bəri qazı özümüz istehsal edirik və bu gün Türkiyədə 3 milyon ev təsərrüfatı öz istehsal etdiyimiz təbii qazdan istifadə edir. Bu, bizim üçün çox vacib bir addım idi. Sakarya qaz yatağında hasilatımız hər keçən gün artır. İnşallah 2028-ci ilə qədər bütün evlərdə öz qazımızdan istifadə edəcəyik. Bunun sayəsində biz sizlərə qazı daha ucuz verə bilirik. Hazırda 1000 lirəlik qaz fakturasının 650 lirəsini dövlət olaraq qarşılayırıq. İnşallah, xüsusilə azgəlirli və maaşlı vətəndaşlarımızın enerji haqlarına – elektrik və təbii qaz fakturalarına dəstəyimizi davam etdirəcəyik.”
Orxan Vahidoğlu, "İki sahil"