27 yanvar 2025 02:20
136

Bolqarıstan ölkənin yeni hökumətinə etimadsızlıq votumu təqdim etməyə hazırdır

Müxalifətin Dəyişikliklərə Davam Partiyasının (PP) koalisiyası və Demokratik Bolqarıstan koalisiyasının nümayəndələri ölkə hökumətinə etimadsızlıq səsverməsinin keçirilməsi ilə bağlı vəsatəti parlamentə təqdim etməyə hazır olduqlarını bəyan ediblər.

“İki sahil” xəbər verir ki, bunu BTV telekanalına müsahibəsində Demokratik Bolqarıstan koalisiyasından olan Milli Assambleyanın (parlament) deputatı İvaylo Mirçev deyib.

Bu müzakirənin başlanmasına səbəb hakim çoxluğun ölkənin vahid Avropa valyutasını tətbiq etməyə hazır olduğuna dair şübhələri olub.

"Etimadsızlıq səsverməsi müxalifətin istifadə edə biləcəyi idarəetmə mexanizminin bir hissəsidir, eləcə də kütləvi etirazlar. Biz müxalifətin bütün vasitələrindən istifadə etməyə hazırıq ki, hakim qüvvələri Bolqarıstanın avrozonada olması lazım olduğuna inandırsın. “Avrozonaya” qoşulmağa hazır olmağımızla bağlı konvergensiya hesabatını təcili tələb etmək lazımdır”, - deyə Mirçev bildirib.

Bundan əvvəl Bolqarıstanın Maliyyə Nazirliyi məlumat yaymışdı ki, ölkə avrozonaya daxil olmaq üçün lazım olan bütün tələblərə, o cümlədən qiymət sabitliyi meyarlarına cavab vermir.

Parlamentin büdcə və maliyyə komitəsinin sədri Delyan Dobrev Bolqarıstan Milli Radiosuna müsahibəsində ölkənin maliyyə vəziyyətini “çıxılmaz” adlandırıb: "Bizim və Avropa Komissiyasının gördükləri büdcə kəsiridir. Bu, deyildiyi kimi 3% yox, 9% olacaq. Bu, 18 milyard leva kəsirdir. Bu artıq mübahisə doğurmur. Bu kəsiri təkzib edən yalnız PP-dir ki, 9% kəsirlə bizi avrozonaya buraxmayacaqlar. Biz bunu 3%-ə endirməliyik və yalnız bundan sonra hazırlıq hesabatı üçün müraciət etməliyik”.

Hazırda Aİ daxilində fəaliyyət göstərən valyuta ittifaqının rəsmi valyutası olan avro 20 ölkəni birləşdirir. Aİ-yə üzv olan ölkələr arasında Bolqarıstan, Macarıstan, Danimarka, Polşa, Rumıniya, Çexiya və İsveç hələ ki vahid valyutadan istifadə etmir. Xorvatiya hazırda avro zonasına daxil olan sonuncu ölkədir (1 yanvar 2023-cü il).

Məhərrəm Ağalaroğlu, “İki sahil”